İndoneziyada dəhşətli zəlzələ: Ölənlər arasında azərbaycanlı var? – Rəsmi açıqlama – Yenicag.Az

Reklam

Reklam

İndoneziyanın Lombok adasında avqustun 9-da təkrar zəlzələ baş verib. Təkrar zəlzələ nəticəsində xəsarət alan və ya ölənlər arasında Azərbaycan Respublikasının vətəndaşının olması məsələsini araşdırmaq üçün ölkəmizin İndoneziyadakı səfirliyi bu ölkənin müvafiq qurumları ilə davamlı olaraq təmasdadır.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, avqustun 6-da həmin ərazidə baş vermiş zəlzələdə həlak olan və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb

“İndoneziya dövlət qurumları tərəfindən zəlzələ zonasında olan əcnəbi vətəndaşlara müvafiq yardım və dəstək göstərilir.

Turizm və ya digər məqsədlə hal-hazırda zəlzələ zonasında olan və xüsusi yardıma ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşları +62 812 89796665 (Nəsibov Ruslan) qaynar xətti ilə ölkəmizin İndoneziyadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1473
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."