İngiltərədə avtopark yandı – 1400 maşın sıradan çıxdı – VİDEO

İngiltərənin Liverpul şəhərindəki çoxmərtəbəli avtomobil parkinqində güclü yanğın qeydə alınıb.

Yenicag.az xəbər verir ki, 1600 avtomobil tutumlu parkində yeni il günü qeydə alınan yanğın nəticəsində 1400 maşın yanaraq, yararsız hala düşüb.

Hadisənin şahidlərinin verdiyi məlumata görə, öncə parkinqdəki “Land Rover” markalı avtomobildə yanğın başlayıb. Daha sonra alov yaxınlıqdakı digər avtomobillərə də keçib.

Dərhal hadisə yerinə gələn yanğınsöndürənlər insan itkisinin qeydə alınmasına imkan verməyiblər. Amma hadisə nəticəsində 1400 avtomobil yanıb. Qatı tüstü səbəbindən yaxın ətrafdakı mənzillərin sakinləri təxliyyə olunub.