İran iddia edir ki, “Boeing” şirkəti ilə 80 ədəd təyyarənin yarı qiymətə alınmasına dair razılıq əldə edib.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, şirkətin özü isə 11 dekabrda imzalanan sövdələşmənin 16,6 milyard
dollar dəyərində olduğunu bəyan edib.
“Boeing” “IranAir”lə müqavilənin dəyərinin 16,6 mlrd. dollar təşkil etdiyini bəyan edib. Lakin bizim sifarişin xarakteri və seçim imkanını nəzərə alsaq, 80 ədəd “Boeing” təyyarəsinin alınmasına dair müqavilə bu məbləğin yarısı edir”, – deyə İranın nəqliyyat nazirinin müavini Əsgər Fəxriyə-Kaşan bildirib.
Yeniçağ.Az
www.yenicag.az