!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İran Azərbaycana qarşı apardığı gizli düşmənçilik siyasətini..." - ŞƏRH

!Reklam – Yazi

“İranın çox qorxuları var. Azərbaycan–Türkiyə ordusu formalaşıb. Gələcəkdə bu ordu Turan ordusuna çevrilə bilər. Bu, İranın ən böyük qorxusudur və gerçəkləşmək üzrədir”.

Bu fikirləri son zamanlar İranın yenidən Azərbaycana qarşı artan neqativ fəaliyyətini qiymətləndirən Konfliktologiya Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İran heç bir zaman Azərbaycana qarşı passiv mövqedə olmayıb:

“İran Azərbaycana qarşı iki istiqamətdə fəaliyyət göstərir. Açıq və gizli. Gizli fəaliyyət, demək olar ki, daim olub. Ancaq bu fəaliyyətdə bir müddət idi səngimə yaşanırdı. Almaniyada təhsil alan azərbaycanlı Fərid Səfərlinin İranda yoxa çıxması, sonra isə rəsmi cavab olaraq guya onun casusluqda ittiham edilərək cinayət işi qaldırılması Azərbaycanın Tehrandakı səfirliyinə olan terror hücumunu kompensasiya və ölkəmizi hansısa məsələlərdə geri çəkilməyə məcbur etmək xislətindən irəli gəlir.

Tehranda fəaliyyət göstərən Azərbaycan səfirliyinə qarşı İranın terror aktı törətdiyi hər kəsə məlumdur. Orada kütləvi qətliam nəzərdə tutulmuşdu. Ardınca Bakıda Milli Məclisin deputatına qarşı sui-qəsdə cəhd edildi. Bütün bu hadisələrlə bağlı Azərbaycanın İrana ciddi sualları var.

İsrail Prezidentinin Azərbaycana səfəri İranı narahat etdi. Cənub qonşumuz çox xırda məsələləri böyük formada qabartmaqla, Azərbaycan vətəndaşlarına təzyiq göstərməklə, onları şantaj etməklə, lazım olmayan məsələlərdə günahlandırmaqla Azərbaycana təzyiq göstərmək istəyir. Bu cəhdlərin hər birinin boş, işəyaramaz olduğunu hamımız çox gözəl başa düşürük. Hər zaman nə İranın, nə də regionda maraqlı digər dövlətlərin Azərbaycana qarşı təzyiq göstərə biləcəyini dəfələrlə bildirmişik. Heç bir dövlət Azərbaycanın milli-dövlət maraqlarına qarşı zidd addım ata bilməz.

Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yenidən hakimiyyətə gəlməsi sükutu pozdu. Bir çoxu Türkiyədə seçiləcək yeni prezidentin Azərbaycanı dəstəkləməyəcəyini düşünürdü. Ancaq Ərdoğan yenidən hakimiyyətə gəldi. Ə hazırda xain qüvvələrin Azərbaycana qarşı münasibəti ortadadır.

İranın çox qorxuları var. Azərbaycan–Türkiyə ordusu formalaşıb. Gələcəkdə bu ordu Turan ordusuna çevrilə bilər. Bu, İranın ən böyük qorxusudur və gerçəkləşmək üzrədir. Cənub qonşumuz ətrafında daralan çənbərin əsas səbəbinin Azərbaycana qarşı sərgilədiyi düşmən mövqeyinin olduğunu çox yaxşı başa düşür. İran türk birliyini özü üçün böyük təhlükə kimi görür. Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə bütün türk dövlətlərinə stimul verdi. Ona görə də İran Azərbaycana qarşı bu vaxta qədər apardığı gizli düşmənçilik siyasətini indi açıq müstəviyə çevirib. Bu da İrana yaxşı heç nə qazandırmayacaq”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv