İranda anomal istilərə belə çarə TAPDILAR
İranda davam edən güclü istilər və artan enerji sərfiyyatına görə avqustun 23-də paytaxt Tehran da daxil olmaqla 13 əyalətdə dövlət qurumlarının fəaliyyəti dayandırılacaq.
Yenicag.az xəbər verir ki, tətil ediləcək əyalətlər sırasında Əlburz, İsfahan, Şərqi və Qərbi Azərbaycan, Kürdüstan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Qum, Kirman, Xuzistan və Şimali Xorasan da var.
Qərarın elektrik enerjisi tələbatını azaltmaq və enerji sistemini qorumaq məqsədilə qəbul edildiyi bildirilib.
Meteoroloji xidmətin məlumatına görə, Xuzistan və İlamda temperatur 45 dərəcəni, Tehranda isə 40 dərəcəyə yaxınlaşıb.
Rəsmilər əhalini zəruri olmadıqca çölə çıxmamağa və elektrik sərfiyyatını minimuma endirməyə çağırıb.