İranda görünməyən liderin adından "müharibə anonsu": "Mövqe birbaşa olaraq SEPAH-ındır..."

media-hightechnic-468x90

“Xamneyinin adından yayılan açıqlama birbaşa olaraq SEPAH-ın mövqeyidir”.

media-banner_tkm

Bu iddianı Yenicag.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib.

Şərhçi İranın ali liderinin adından yayılan rəsmi açıqlamanın özünə aid olmadığını, ölkəni hazırda qeyri-rəsmi idarə edən SEPAH tərəfindən irəli sürüldüyünü qeyd edib:

“İran İslam Respublikasının yeni ali dini lideri Müctəba Xamneyinin adından yayılan sənədin əslində İranın, başqa sözlə desək, SEPAH-ın yenidən hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə atacağı addımların anonsu kimi qiymətləndirilməsi və ciddiyə alınması daha məqbuldur. Bu açıqlamanın ali dini lider seçildikdən sonra nə səsi, nə də görüntüsü ictimaiyyətə yayımlanmayan bir şəxsin adından çıxması önəmli deyil. Əsas önəmli məsələ odur ki, bu mövqe birbaşa olaraq SEPAH-ın mövqeyidir. Düşünürəm ki, müharibənin yenidən aktiv fazaya keçməsi şəraitində SEPAH, 40 günlük müharibə dövründə olduğu kimi, Hörmüz boğazının bağlanması və Fars körfəzində yerləşən ərəb ölkələrindəki ABŞ bazalarına zərbələr endirilməsi ilə gözlənilməz proqnozların gerçəkləşməsinə rəvac verəcək.”

T. Əliyev qeyd edib ki, müharibə yenidən başlayarsa, uzun müddət davam edəcək:

“Yenidən hərbi əməliyyatlar bərpa olunarsa, biz İran tərəfinin də yeni cəbhələrdə hərbi əməliyyatlara başlayacağının, o cümlədən bu gün bilmədiyimiz, lakin İran hökuməti tərəfindən planlaşdırılan çox sayda yeni ‘sürprizlərin’ şahidi olacağıq. Düşünmürəm ki, 40 günlük müharibənin ardından fasilə verilməsi SEPAH-ın Hörmüzdəki təzyiqinin nəticəsi idi. Müharibənin yekunlaşmasından sonra ABŞ və İsrailin niyə belə bir taktikaya zərurət duyduğu barədə daha dolğun məlumat əldə edəcəyik.

O cümlədən də düşünmürəm ki, əməliyyatların bərpa olunacağı təqdirdə İranın açacağı yeni cəbhələr növbəti dəfə hərbi əməliyyatların yarımçıq dayandırılmasına gətirib çıxarsın. ABŞ və İsrail İranla bağlı hansı ssenarini məqbul biləcəklərsə, hərbi əməliyyatların gedişatı da məhz o istiqamətdə davam edəcək. Sadəcə, İran sıradan bir ölkə olmadığına görə onun da müqavimət imkanları tükənməyib və ciddi müqavimət göstərməsi qaçılmazdır. Hər bir halda bu ciddi müqavimət ABŞ və İsrailin məğlubiyyəti və ya İranın hər hansı formada qələbə çalacağı anlamına gəlməməlidir. Sadəcə, bu müharibə 3-5 günlük hərbi əməliyyatlardan ibarət olmayacaq, onun uzunmüddətli xarakter alması daha real görünür.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05