İranda yenidən İngiltərə səfirliyi açılır
Böyük Britaniyanın Tehranda iki il yarım bağlı qalan səfirliyi yenidən açılacaq.
Bu haqda məlumatı Britaniya parlamenti qarşısında Birləşmiş Krallığın Xarici İşlər naziri Vilyam Xeyq verib.
Nazir açıqlayıb ki, ötən illərdə vəziyyət dəyişib və hal-hazırda Böyük Britaniyanın İranın paytaxtında öz missiyasını davam etdirməyə ehtiyacı var. Xeyq vurğulayıb ki, İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zarif ilə bu məsələni müzakirə edib.
Qeyd edək ki, Birləşmiş Krallığın və İrlandiyanın Tehrandakı səfirliyi 2011-ci ildə Londonda qəbul edilən sanksiyalardan sonra iranlıların səfirlik binasına hücumu üzündən bağlanmışdı.