!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın İsraillə əməkdaşlığı ilə bağlı ŞOK FAKTLAR: İran-İraq müharibəsi zamanı satılan silahlar... - SİYAHI

!Reklam – Yazi

İsrail və İran münasibətləri Şah dövründən pisləşməyə başlamışdı və İran şahı Amerikadan tələb edirdi ki, İsrailə qarşı olaraq sionizmin irqçilik kimi qəbul etsin. BMT-də bir neçə dəfə İran nümayəndə heyəti təklif də irəli sürmüşdü. Lakin İranda inqilabdan sonra hakimiyyətə gələn rejimə qarşı ərəb dövlətləri birlik yaradanda Xomeyni beynəlxalq aləmə çıxış və ordunun güclənməsi üçün İsrailə müraciət etməli olur. Əvəzində isə İran İsrailin ərəblərlə apardığı müharibədə neytral mövqe tutacağına və əsla nüvə tədqiqatları aparmayacağına dair söz verdi. İsrail Livan müharibəsi zamanı belə İranda müəyyən qüvvələr 10 minlik qoşunla Livana yardım etməyi təklif etsələr də, Xomeyni buna razı olmadı, çünki o əsas düşmən kimi İraqı görürdü və “Qüdsə yol Kərbəladan keçir” deyirdi…

İran-İraq müharibəsi başlayan kimi İsrail İrana ABŞ-la danışıqlarda vasitəçi kimi lazım oldu. Belə ki, İrana ABŞ-ın hərbi-texniki dəstəyi lazım idi. İsrail də eyni zamanda ABŞ-ın İrana hərbi yardım etməsi üçün konqresdə lobbiçilik etmişdi və bu ərəfələrdə ABŞ İranın əsas silah təminatçısı oldu. Silah ticarəti ilə məşğul olan iranlı Əyman Heydari yazır:

“İranın aldığı ABŞ silahlarının 80%-i İsraildən gizli yollarla gəlirdi və hətta israilli hərbi mütəxəssislər döyüş meydanın ziyarət edərək İran qoşununda nəyin çatışmadığını müəyyən edirdilər”. (Mənbə: Thomas Latschan.” Iran and Israel: The best of enemies”. Paper, Deutsche Welle)

İran-İraq müharibəsi zamanı İsrail vasitəsi ilə İrana satılan silahın dəyəri 500 milyon dollar dəyərində olmuşdur. Tədqiqatçı Mansur Farxanq öz araşdırmasında İran İraq müharibəsi ərzində ümumi satılan silahın dəyərini 3 milyard dollar olduğunu faktlarla isbat edir. (Mənbə: Mansour Farhang. The Iran-Israel Connection // Arab Studies Quarterly. — 1989. — Vol. 11, № 1. — P. 85-98.)

Və inanmayacaqsınız.

İrana satılan silahlar arasında 2000-dən çox TOW tank əleyhinə raketləri, 18 ədəd HAWK raket kompleksi 300 ədəd hissə-komplektasiya var idi. Bütün bu proses 7 mərhələdən ibarət oldu və ilk 3 mərhələ İsrailin birbaşa vasitəçiliyi ilə oldu.

Lakin sonradan İran iki mərhəlləni ABŞ la birbaşa həyata keçirdi. Bir müddət sonra 2 mərhələ dayandı. Bunun üçün də İran bu işi erməni lobbisi vasitəsi ilə qurdu. ABŞ hökuməti isə İrana hərbi təyinatlı məhsul satdığına görə, ikisi ABŞ vətəndaşı olmaqla, 4 ermənini həbs etdi.

İsrail bu qayda ilə İranın Yaxın Şərqdə hakim durumuna qarşı maneəni aradan götürüb. İran hegemon oldu və İsrail qarşısında olan sözünü tutmadı. MOSSAD 1980-ci illərdən sonra İrandan əldə etdiyi məlumatlarda Tehranın nüvə araşdırmaları apardığını və silahlar istehsal etmək planını öyrəndi. Bunun izahı istənilən zaman isə İran İsraili düşmən elan etdi…

Yəhudilərə qarşı repressiyalar yarandı, qətllər baş verdi, kütləvi köç başlandı…

Və bu gün İranı ərəblərdən xilas edən, ABŞ-ın müdaxiləsindən xilas edən İsrail indi mollaların düşməni niyə olub? Niyə İranda İslam dövlətini yaradan Xomeyni ərəblərə qarşı savaşda İsrailə qardaş dövlət dediyi halda bu gün Xomeyninin varisləri İsrailə müharibə etmək istəyir? 

Zaur Əliyev, dosent

Avropa.info

Lakin İranda inqilabdan sonra hakimiyyətə gələn rejimə qarşı ərəb dövlətləri birlik yaradanda Xomeyni beynəlxalq aləmə çıxış və ordunun güclənməsi üçün İsrailə müraciət etməli olur. Əvəzində isə İran İsrailin ərəblərlə apardığı müharibədə neytral mövqe tutacağına və əsla nüvə tədqiqatları aparmayacağına dair söz verdi. İsrail Livan müharibəsi zamanı belə İranda müəyyən qüvvələr 10 minlik qoşunla Livana yardım etməyi təklif etsələr də, Xomeyni buna razı olmadı, çünki o əsas düşmən kimi İraqı görürdü və “Qüdsə yol Kərbəladan keçir” deyirdi…

İran-İraq müharibəsi başlayan kimi İsrail İrana ABŞ-la danışıqlarda vasitəçi kimi lazım oldu. Belə ki, İrana ABŞ-ın hərbi-texniki dəstəyi lazım idi. İsrail də eyni zamanda ABŞ-ın İrana hərbi yardım etməsi üçün konqresdə lobbiçilik etmişdi və bu ərəfələrdə ABŞ İranın əsas silah təminatçısı oldu. Silah ticarəti ilə məşğul olan iranlı Əyman Heydari yazır:

“İranın aldığı ABŞ silahlarının 80%-i İsraildən gizli yollarla gəlirdi və hətta israilli hərbi mütəxəssislər döyüş meydanın ziyarət edərək İran qoşununda nəyin çatışmadığını müəyyən edirdilər”. (Mənbə: Thomas Latschan.” Iran and Israel: The best of enemies”. Paper, Deutsche Welle)

İran-İraq müharibəsi zamanı İsrail vasitəsi ilə İrana satılan silahın dəyəri 500 milyon dollar dəyərində olmuşdur. Tədqiqatçı Mansur Farxanq öz araşdırmasında İran İraq müharibəsi ərzində ümumi satılan silahın dəyərini 3 milyard dollar olduğunu faktlarla isbat edir. (Mənbə: Mansour Farhang. The Iran-Israel Connection // Arab Studies Quarterly. — 1989. — Vol. 11, № 1. — P. 85-98.)

Və inanmayacaqsınız.

İrana satılan silahlar arasında 2000-dən çox TOW tank əleyhinə raketləri, 18 ədəd HAWK raket kompleksi 300 ədəd hissə-komplektasiya var idi. Bütün bu proses 7 mərhələdən ibarət oldu və ilk 3 mərhələ İsrailin birbaşa vasitəçiliyi ilə oldu.

Lakin sonradan İran iki mərhəlləni ABŞ la birbaşa həyata keçirdi. Bir müddət sonra 2 mərhələ dayandı. Bunun üçün də İran bu işi erməni lobbisi vasitəsi ilə qurdu. ABŞ hökuməti isə İrana hərbi təyinatlı məhsul satdığına görə, ikisi ABŞ vətəndaşı olmaqla, 4 ermənini həbs etdi.

İsrail bu qayda ilə İranın Yaxın Şərqdə hakim durumuna qarşı maneəni aradan götürüb. İran hegemon oldu və İsrail qarşısında olan sözünü tutmadı. MOSSAD 1980-ci illərdən sonra İrandan əldə etdiyi məlumatlarda Tehranın nüvə araşdırmaları apardığını və silahlar istehsal etmək planını öyrəndi. Bunun izahı istənilən zaman isə İran İsraili düşmən elan etdi…

Yəhudilərə qarşı repressiyalar yarandı, qətllər baş verdi, kütləvi köç başlandı…

Və bu gün İranı ərəblərdən xilas edən, ABŞ-ın müdaxiləsindən xilas edən İsrail indi mollaların düşməni niyə olub? Niyə İranda İslam dövlətini yaradan Xomeyni ərəblərə qarşı savaşda İsrailə qardaş dövlət dediyi halda bu gün Xomeyninin varisləri İsrailə müharibə etmək istəyir? 

Zaur Əliyev, dosent

www.yenicag.az

1325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv