İranla sərhəddə atəş açıldı
Sərhədçilər İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısını alıblar.
Bu barədə Yenicag.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, fevral ayının 19-da saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib.
Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayıb, havanın qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.