Dünən “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin təsis etdiyi “İrəvan – 2018” Hərəkatının keçirdiyi ” Müasir erməni arxeoloqlarının və antropoloqlarının saxtakarlığı ” adlı dəyirmi masa keçirib. Karabakh Today xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin və “İrəvan – 2018” Hərəkatının sədri Zaur Qəriboğlu iştirakçıları salamlayaraq bildirib ki, bu gün bu tədbirin keçirilməsində əsas məqsəd diqqəti Qərbi Azərbaycanda aparılan tarixi araşdırmalar və qazıntılar zamanı ermənilərin törətdikləri saxtakarlıqlarsa diqqət çəkməkdir: “Bizim xəbərimiz var ki, ermənilər qədim abidələrimizi dağıdır, bizə aid olan abidələri erməniləşdirirlər. Halbuki, bu ərazidə mövcud olan heç nəyin onlara dəxli yoxdur. “İrəvan – 2018” Hərəkatı olaraq biz dünyaya məhz bu məsələni təqdim etmək niyyətindəyik”.
Daha sonra məruzəçi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Elmi ekspozisiya şəbəsinin əməkdaşı, doktorant Pərviz Elay çıxış edərək qədim əzəli və əbədi Türk yurdu olan bu torpaqlarda mövcud olan abidələrin tarixindən, onların qədimliyindən danışıb. O, bildirib ki, baxmayaraq ki, burda hər yerdə Türkün izlərinə rast gəlmək mümkündür, ermənilər ən qədim abidələri belə erməniləşdirməkdən çəkinmirlər: “Qərbi Azərbaycanın tunc dövrü abidə və tapıntılarına baxanda görürük ki, ermənilər nə qədər saxtakarlaşdırmağa çalışsalar da, bu torpaqlar bizim izlərimizi daşıyır”.
Sonda “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək “İrəvan 2018” Hərəkatının ictimaiyyətimiz üçün daşıdığı önəm haqqında mülahizələrini bildirib. O, “İrəvan 2018” Hərəkatının sədri Zaur Qəriboğlunu və “İrəvan 2018” Hərəkatının sədr müavini Oktay Hacımusalını İctimai Birliyin təsis etdiyi “Fədai” medalı ilə təltif edib.
www.yenicag.az