“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib

media-hightechnic-468x90

Bölgələrə xüsusi diqqəti ilə seçilən sərfəli mobil operator “Nar” Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələr üçün marketinq və karyera mövzularında təlimlər təşkil edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, “Nar” tərəfindən ilk dəfə həyata keçirilən marketinq təlimində müasir marketinq və kommunikasiya yanaşmaları, brend kimliyi, məzmun strategiyası, data əsaslı qərarvermə, fərdiləşdirilmiş kommunikasiya, influenser marketinqi kimi mövzular əhatə edilib. Karyera təlimi zamanı isə iştirakçılara uğurlu karyera başlanğıcı üçün tələb olunan bacarıqlar, işgüzar müsahibələrə hazırlıq, korporativ mühitdə iş və davamlı şəxsi inkişaf istiqamətində faydalı biliklər təqdim olunub.

“Nar”ın insan resursları və marketinq departamentləri tərəfindən hazırlanan və keçirilən bu təlimlər peşəkar təcrübədən irəli gələn təcrübəyə və real nümunələrə əsaslanır. Təlimlərin məqsədi praktiki bilikləri tələbələrlə paylaşmaqla yanaşı, yerli bizneslərin peşəkar tələbləri və iş mühiti barəsində məlumatlandırmaqdır.

Gənclərin bilik və bacarıqlarının artırılması və bölgələrdə kadr potensialının inkişafına töhfə vermək məqsədilə “Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığını davam etdirir. Peşəkar kadr hazırlığına dəstək “Nar”ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirilir. Mobil operatorun həyata keçirdiyi layihələr barəsində daha ətraflı nar.az saytından məlumat əldə edə bilərsiniz.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

media-6a47898004d666a47898004d6717830731506a47898004d636a47898004d64 media-6a47897f0740b6a47897f0740c17830731506a47897f074086a47897f0740a media-6a47892861e8d6a47892861e8e17830730646a47892861e8a6a47892861e8b media-6a47897fd34cd6a47897fd34ce17830731506a47897fd34ca6a47897fd34cb

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05