İrəvanda barrikadalar dağıdıldı-Canlı Yayım

media-hightechnic-468x90

1084992890dgghPolis etirazçıları dağıdarkən 40-50 fəalı saxlayıb.

Bu barədə etirazçıların liderlərindən Maksim Sarqsyan məlumat verib.

“40-50-dən çox etirazçı saxlanılıb. İndi son sayı və onların hara aparıldığını dəqiqləşdiririk. Bundan sonra gələcək fəaliyyət planına qərar verəcəyik”, – deyə Sarqsyan bildirib.

Hazırda Baqramyan prospektində hərəkət bərpa olunub. Polis səkilərə sıxışdırdığı etirazçıların gedişata maneə olmasının qarşısını alır.

***
İrəvanda elektrik enerjisinin bahalaşmasına etiraz edən onlarla etirazçı saxlanılıb.

Polis prospektdə nəqliyyatın gedişini bərpa edib.

Saxlanılanlar polis maşınlarına mindirilərək etiraz yerindən uzaqlaşdırılıblar.

Jurnalistlər də daxil olmaqla digər insanları polis səkilərə sıxışdırıb.

Hazırda hadisə yerində 200-ə yaxın polis və 20-30 etirazçı qalıb. Polislər etirazçıları sakitləşdirmək üçün onlarla danışıqlar aparır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600