İŞİD-in əsas maliyyəçisi məhv edilib

Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD-in əsas maliyyəçilərindən birinin məhv edildiyini bildirib.

Yenicag.az “TASS” agentliyinə istinadən xəbər verir ki, o, iyunun 16-da endirilmiş hava zərbəsi nəticəsində məhv edilib.

Koalisiya qüvvələrinin qərargahının bəyanatıda bildirilir ki, öldürülən şəxs Fəvvaza Məhəmməd Cubeyr ar-Rauidir.

Məlumata əsasən, Suriya əsilli ar-Raui terror hücumlarının həyata keçirilməsinə milyonlarla dollar pul köçürüb. Həmin şəxs Suriyanın şərqində, Misirlə sərhəddə yerləşən Əbu-Kamalda bir neçə mübadilə məntəqəsinin sahibidir.

Yenicag.az

COP29