Hadisə Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi

media-hightechnic-468x90

Türkiyəli məşhur müğənni Hadisə 2025-ci il mayın 9-da Bakı Konqres Mərkəzində solo konsert proqramı ilə çıxış edib. Geniş tamaşaçı auditoriyası tərəfindən böyük maraqla qarşılanan gecədə sənətçi sevilən hitlərini səsləndirib.

Yenicag.az xəbər verir ki, məşhur müğənni konsert proqramında “Şampiyon”, “Prenses”, “Yaz Günü”, “Aşk Kaç Beden Giyer” və “Düm Tek Tek” kimi məşhur mahnılar səsləndirib.

Səhnədə Hadisəni peşəkar rəqqas qrupu müşayiət edib. Möhtəşəm səhnə dekorasiyası, işıq effektləri və musiqi tərtibatı tədbirə xüsusi rəng qatıb.

Hadisə konsert zamanı azərbaycanlı pərəstişkarlarına təşəkkür edib və onların sevgisini yüksək qiymətləndirdiyini bildirib. Müğənni Azərbaycanda hər zaman səmimi qarşılandığını vurğulayıb.

Sənətçinin Bakı səhnəsindəki çıxışı onun Azərbaycanla olan sənət əlaqələrinin daha da möhkəmləndiyini göstərdi. Gecə həm musiqi, həm də emosional bağ baxımından yaddaqalan anlarla yekunlaşdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600