İŞİD-in tərkibində neçə azərbaycanlı döyüşür? – Siyahı

media-hightechnic-468x90

FDFDF70 ölkədən 11 min şəxs əl-Bağdadiyə beyət edib

Suriyada Bəşər Əsədi yıxmaq üçün dəstəklənən, fəqət getdikcə daha böyük bəlaya çevrilən İŞİD-ın necə bir gücə sahib olduğu hələ də sual altındadır.

YENİCAG.AZ xəbər verir ki, “The Telegraph” qəzeti İŞİD-lə bağlı maraqlı faktlar açıqlayıb. Qəzetin iddiasına görə, Bağdadinin ordusunda 70 ölkədən 11 min şəxs döyüşür.

Avropadan 2 min insanın İŞİD-ə qatıldığını yazan qəzet Türkiyədən 500, Rusiyadan 423, Serbiyadan 350, Belçikadan 296, Albaniyadan 140 və Kosovadan isə 150 nəfərin bu terror qrupunun tərkibində döyüşdüyünü yazdı.

“The Telegraph” bu rəqəmlərin dəqiq olduğunu israr edərkən, Almaniya, Fransa, İngiltərə və Hollandiyadan da qatılanların olduğunu, lakin saylarının müəyyənləşdirilmədiyini qeyd etdi.

Qeyd edək ki, İŞİD və Əl-Nusraya qoşulanlar arasında azərbaycanlılar da var. Rəsmi məlumatlara görə, Suriyada Bəşər Əsədə qarşı döyüşən qruplaşmaların tərkibində Xaçmaz, Zaqatala, Qax, Yevlax, Şabran, Oğuz, Quba, Şəki, Qusar və Sumqayıtdan 104 nəfər döyüşüb, onlardan təxminən 60 nəfərə yaxını döyüşlərdə öldürülüb. Suriyaya ən çox azərbaycanlı Sumqayıt şəhərindən (40), Şabran (22) və Qusar rayonlarından (15) gedib. Bakıdan gedənlərin sayı isə açıqlanmır. Maraqlıdır ki, İkinci Dünya Müharibəsində olduğu kimi Suriyada da azərbaycanlılar həm Əsəd, həm də İŞİD, əl-Nusra və ASO tərəfində döyüşürlər.  Bu zamana qədər Suriyadan 60-a yaxın azərbaycanlının öldüyünü nəzərə alarsaq, hazırda orada döyüşən azərbaycanlı sayının ən az 200-dən çox olduğu da bildirilir.

İŞİD tərkibində döyüşən azərbaycanlıların isə ASO və əl-Nusra ilə müqayisədə az olduğu bildirilir. Onların sayının 20-30 nəfər olduğu güman edilir.

YENİCAG.AZ

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600