Reklam

Reklam

İŞİD terror qruplaşmasının maliyyə işlərindən məsul üzvü Mohanad Alsanad polisə ifadəsiylə gündəmi zəbt edib.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, kod adı “Ebu Amir” olan Alsanad ötən həftə saxlanıldıqdan sonra polisə ifadə verib. O, İŞİD üçün çalışdığını, lakin qruplaşmanın üzvü olmadığını iddia edib.

Türkiyədə yaşamaq istədiyini deyən Alsanad Suriyaya qayıdacağı təqdirdə İŞİD terrorçuları tərəfindən öldürüləcəyini deyib.

Alsanadın polisə ifadəsində diqqət çəkən digər məqam İŞİD tərəfindən neftin ərzaq qarşılığında satılmasıyla bağlı olub. “Ebu Amir” İŞİD-in ərzaq almaq üçün Suriya prezidenti Bəşər Əsadın güc strukturlarına neft satdığını iddia edib.

Məhkəmə qarşısına çıxarılan Mohaned Alsanad hakimin qərarıyla həbsxanaya göndərilib.

 

Yenicag.Az - www.yenicag.az

">
Tarix:
Oxunma sayı: 4006
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."