İsmayıllı rayonunda avtomobilin aşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundanYenicag.az-a bildirilib ki, avqustun 20-də saat 19 radələrində İsmayıllı rayonu ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Məsarif Rüstəmov ölüb, Camal Zeynalov, Elnur Bayramov və Valeh Məmmədov xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.