İsrail bayraqlı gəmilərə qadağa qoyuldu

Malayziya İsrail bayrağı altında üzən gəmilərin öz limanlarına yanaşmasını qadağan edib.

Yenicag.az xəbər verir ki, bu barədə Malayziya Baş Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu sanksiyalar İsrailin əsas humanitar prinsiplərə məhəl qoymayan və fələstinlilərə qarşı davam edən qırğın və vəhşiliyi ilə beynəlxalq hüququ pozan hərəkətlərinə cavabdır”, – məlumatda qeyd olunub./unikal