İsrail təkzib etdi: Qəzzada Türkiyə hərbçiləri olmayacaq
İsrail Baş nazirinin ofisi Qəzzada Türkiyə qoşunlarının yerləşdirilməsi ehtimalını rədd edib.
Yenicag.az bu barədə “The Times of Israel”ə istinadən xəbər verir.
Qeyd olunub ki, Netanyahunun ofisindən Qəzzada təhlükəsizlik qüvvələri tərkibində Türkiyənin iştirakının olmayacağı bildirilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl “sabitləşdirici qüvvə” kimi Türkiyə hərbçilərinin də Qəzzada olacağını deyib.