!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsraildən ETİRAF: “HƏMAS-ı tamamilə məhv eləmək mümkün deyil”

!Reklam – Yazi

 

“İsrail rəsmilərinin HƏMAS-la bağlı yanaşması doğrudur. Yəni HƏMAS-ı tamamilə məhv eləmək mümkün deyil”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Elxan Şahinoğlu deyib.

Siyasi təhlilçi İsrail Müdafiə Nazirliyinin sözçüsü Daniel Haqarinin HƏMAS-la bağlı fikirlərini şərh edib.

E. Şahinoğluya görə, hazırda bir sıra Qərb ölkələri İsrailə məsləhət görür ki, baş nazir Benyamin Natanyahu qarşısına belə bir hədəf – HƏMAS-ın məhvi hədəfini qoymasın:

“Çünki bu, mümkün olmayacaq, HƏMAS tamamilə məhv edilməyəcək. Bu gün Qəzzada fəlakət yaşanır. Doğrudur, HƏMAS bir müddət fəaliyyətini dayandıra bilər, amma sonradan fəaliyyətini qaldığı yerdən davam etdirəcək. Əslində, böyük dövlətlərin istəyi budur ki, müharibə dayandırılsın, girovlar azadlığa buraxılsın. Bu istiqamətdə çalışmaq lazımdır, amma çox təəssüf ki, tərəflər bundan uzaqdırlar”.

Xatırladaq ki, D. Haqari açıqlamasında HƏMAS-ın məhv edilə bilməyəcəyini bəyan edib. Onun sözlərinə görə, HƏMAS-ı tamamilə məhv etmək mümkün deyil, çünki bu bir ideologiyadır. İsrail rəsmisi həmçinin əlavə edib ki, HƏMAS-ı yox edəcəyinə söz verən hər kəs ictimaiyyəti aldadır.

Rafi Müslümov

COP29

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv