!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İsrailə lazımi təzyiqlər göstərməliyik" - Ərdoğan

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağında soyqırımını davam etdirdiyi bir vaxtda Yaxın Şərqdə sülhün mümkün olmadığını deyib.

Yenicag.az xəbər verir ki, Türkiyə lideri bu barədə Almaniya kansleri Olaf Şoltsla danışıqlardan sonra İstanbulda keçirdiyi mətbuat konfransında deyib.

O, münaqişənin tez bir zamanda həlli üçün İsrailə təzyiqlərin artırılmasının tərəfdarı olduğunu bildirib: “İsrailin Qəzzada və Fələstin ərazilərində törətdiyi soyqırımı və Livandakı terror aktları mühüm müzakirə mövzusu olub. Bölgədə insanlıq faciəsi davam edir. Biz daimi atəşkəsin təmin edilməsi üçün əlimizdən gələni etməliyik və onlara lazımi təzyiqlər göstərməliyik.

Qırğında 50 mindən çox insan həlak olub, 100 mindən çox insan yaralanıb”.

Türkiyə prezidenti İsrailin hücumlar üçün F-35 qırıcılarından istifadə etdiyini bildirib.

O, həmçinin qeyd edib ki, İsrail münaqişəni yaymaq üçün planlar hazırlayır./unikal

COP29

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv