İstanbulun İstiqlal prospektində güclü partlayış baş verib.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, partlayışın səbəbi hələki bəlli deyil. İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Hadisə yerinə çox sayda polis və təcili yardım maşınları cəlb edilib. Galatasaray və Taksim meydanlarından prospektə giriş bağlanıb.
Polis hadisə yerində araşdırma aparır.
13:23
***
Partlayış nəticəsində ölənlərdən birinin “canlı bomba” olduğu iddia edilir. İddiaya görə, o insanların sıx olduğu bir yerə getməyi planlaşdırıb, lakin bomba yolda erkən partlayıb.
***
İstanbul valisi Vasip Şahinin verdiyi məlumata görə, “canlı bomba” tərəfindən törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Yaralılardan 3-ünün vəziyyətinin ağır olduğu bildirilir.
www.yenicag.az