"İstəyirəm işlədiyim məktəbə qızımın adı verilsin" - Hökumənin atası

media-hightechnic-468x90

“Öz istəyi ilə o, hava limanında işləməyə başlayıb. Artıq 9 ilə yaxındır”. 

Bunu “Unikal”a açıqlamasında Aktauda təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.

Onun sözlərinə görə, qızı ixtisasca hüquqşunaslığı bitirsə də, bu peşədə çalışmaq istəyib:

“Bu, onun seçimi idi. Həmişə xarici ölkələri gəzməyi sevirdi. Qızımla fəxr edirəm. Allah Prezidentimizdən razı olsun! Ondan bircə şey istəyirəm. Mən özüm ədəbiyyat müəllimiyəm. İstəyirəm ki, çalışdığım Kəlbəcər rayonunun 67 saylı tam orta məktəbinə qızımın adı verilsin”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa