İstirahət mərkəzində faciə

media-hightechnic-468x90

looooBakıda çimərliklərin birində 9 yaşlı uşaq faciəvi şəkildə ölüb.

Hadisə dünən gecə saat 19:00 radələrində Binəqədi rayon Goradil qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün nəzərdə tutulmuş İstirahət Kompleksi ərazisində baş verib.

Belə ki, 2006-cı il təvəllüdlü Axundov Emin Elnur oğlu dünən axşam radələrində dayısının çiynində çimmək üçün dənizə daxil olub. Dəniz sularında anidən yaranan güclü ləpə uşağı dayısının çiynindən götürərək suyun dərin hissəsinə aparıb. Uşağı xilas etmək üçün dərinə gedən dayı da batıb. Xilasedicilər tərəfindən o, ağır vəziyyətdə sudan çıxarılsa da, 9 yaşlı Emin Axudovu xilas etmək mümkün olmayıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Mərhumun cəsədi dünən gecə 20:00 radələrində tapılıb.

Hadisəni Binəqədi rayon Polis İdarəsindən də  təsdiqləyiblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600