Jalə Əliyeva: "Zəngəzur dəhlizi artıq söz deyil, konkret icra mərhələsinə keçdi"

media-hightechnic-468x90

“Proses söz və bəyanat mərhələsindən çıxaraq artıq icra müstəvisinə qədəm qoyur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

media-16736969064937146001_1200x630-4

Deputat Ermənistanla ABŞ arasında Zəngəzur dəhlizi ilə bağlı çərçivə sənədinin imzalanmasının regional əməkdaşlıq baxımından əhəmiyyətini şərh edib. O bildirib ki, TRİPP sənədinin açıqlanması regionda formalaşan yeni siyasi və iqtisadi reallıqların məntiqi davamı kimi qiymətləndirilməlidir:

“Bu sənəd təkcə texniki və ya prosedur xarakter daşımır. O, həm də Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması, kommunikasiyaların açılması və regional əməkdaşlığın institusionallaşdırılması istiqamətində atılan ardıcıl addımların göstəricisidir.”

Jalə Əliyevanın sözlərinə görə, TRİPP sənədinin ictimaiyyətə açıqlanması 8 avqust Vaşinqton görüşündən sonra yaranmış müsbət siyasi dinamikanın tərkib hissəsidir:

“Azərbaycan üçün əsas məqam ondan ibarətdir ki, proses bəyanat mərhələsindən real icra müstəvisinə keçir. Bu, rəsmi Bakının uzun illər ardıcıl şəkildə müdafiə etdiyi mövqenin təsdiqidir: regionda real əməkdaşlıq yalnız konkret mexanizmlər üzərindən mümkündür.”

Deputat vurğulayıb ki, TRİPP sənədinin ən mühüm siyasi mesajlarından biri Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılan növbəti addım olmasıdır. O, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindəki fikirlərini xatırladaraq qeyd edib ki, Zəngəzur dəhlizi artıq müzakirə mövzusu deyil, reallaşmaqda olan bir layihədir:

“Gözlənilir ki, bundan sonra texniki, hüquqi və institusional məsələlər üzrə danışıqlar intensivləşəcək, tərəflər arasında praktiki əməkdaşlıq mexanizmləri daha da dəqiqləşdiriləcək. Bu isə regional kommunikasiyaların açılmasının geri dönməz xarakter aldığını göstərir.”

Sənədin Azərbaycan üçün strateji əhəmiyyətini qeyd edən deputat fikirlərini belə yekunlaşdırıb:

“TRİPP sənədinin açıqlanması ölkəmiz üçün həm siyasi, həm də iqtisadi baxımdan müsbət hadisədir. Bu, ABŞ-nin prosesə real öhdəlik nümayiş etdirməsinin göstəricisidir. Ən əsası isə odur ki, bu proses Azərbaycanın təşəbbüsü və milli maraqları əsasında formalaşan yeni regional nizamın tərkib hissəsidir. Bu proses bundan sonra da işçi qaydada, mərhələli şəkildə davam edəcək.”

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa