!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalistin ifşa etdiyi səlahiyyətlilər CƏZALANDIRILDI

!Reklam – Yazi

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının səlahiyyətli şəxsləri cəzalandırılıb.

TƏBİB-dən Yenicag.az-a verilən məlumata görə, tibb ocağının baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib.

“Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq. Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, jurnalist, həm də əlil olan Aynur Elgünəşin sürücülük vəsiqəsini yeniləmək üçün arayış almaq məqsədilə getdiyi Mingəçevir xəstəxanasında əlillərə olan münasibətdən, onları aşağılayan həkimlərdən yazıb.

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv