!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalistin ölümündə yeni izlər: Qatillərdən biri Qaşıqçının libasında konsulluğu tərk edib - VİDEO

!Reklam – Yazi

Camal Qaşıqçının öldürülməsindən sonra qatillərdən birinin onun geyimi ilə binadan çıxdığı kameraların yaddaşına həkk olunub.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “CNN İnternational” yayıb.

Görüntülərdə adının Mustafa Məhəmməd Almadani olduğu müəyyən edilən şəxsin Qaşıqçıdan iki saat əvvəl konsulluq binasına gəldiyi və bu zaman başqa geyimdə olduğu üzə çıxır. O, daha sonra Qaşıqçının paltarlarını və günəş eynəyini geyinərək konsulluq binasını tərk edir.

Mustafa Məhəmməd Almadaninin yanında başqa bir şəxslə taksiyə əyləşərək “Sultanahmet”ə getdiyi və burada sanitar qovşağa girərək təkrar öz paltarlarını geyindiyi müəyyənləşdirilib. O, Qaşıqçıya aid geyimləri isə zibil qutusuna atıb.

Sonrakı kadrlarda ikilinin bir liftin qapısında gözlədiyi və bu sırada Mustafa Məhəmməd Almadaninin saqqalsız və bığsız olduğu görüntülənib. Bu səbəbdən də Türkiyə təhlükəsizlik orqanları Madaninin Qaşıqçıya oxşamaq üçün taxma saqqal və bığdan istifadə etdiyi yönündə şübhələnib.

Qaşıqçı hadisəsi ilə bağlı proseslərin gedişini dəyişdirəcək həmin görüntüləri təqdim edirik:

www.yenicag.az

1635
Ads
www.veteninfo.com
!Reklam – Arxiv