Kadırovun baş cəlladından Lənkəranskinin “qardaşı”na dəstək – VİDEO

2016-cı ildə İstanbulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi sayılan çeçen əsilli kriminal avtoritet Şeyx Xəmzətin nüfüz dairəsi genişlənir.

Yenicag.az xəbər verir ki, “Avropa kassası”nın nəzarətçisi Xəmzət Qastəmirova daha bir dəstək Çeçenistandan gəlib.

Belə ki, Çeçenistan prezidenti Ramzan Kadırovun baş cəlladı kimi bilinən Şaa Turlaev Qastəmirovu özünə qardaş hesab etdiyini və ona dayaq olduğunu bildirib. Turlaev bununla bağlı videomürqciət yayımlayıb.

Qeyd edək ki, “Şeyx Xəmzət”in yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir. Onun səfər sırasında Lənkəran və Bakıda olacağı bildirilir.

Sözügedən videonu təqdim edirik: