Qusarda keçmiş arvadını öldürən şəxs tutuldu

media-hightechnic-468x90

Dekabrın 16-da Qusar rayon sakini Diana Təyibovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə Qusar Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.Təyibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa