Kaliforniya ştatında meşə yanğınları qurbanlarının sayı 48-ə çatdı

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları qurbanlarının sayı 48-ə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Kaliforniya dairəsinin şerifi Byutt Kori Honea məlumat verib.

Daha öncə 42 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, “Camp” adlı meşə yanğınları noyabrın 8-də başlayıb və ştatın tarixinə ən dağıdıcı və məhvedici təbiət hadisəsi kimi düşüb.

Ümumilikdə, yanğının 35%-i lokallaşdırılıb. Onun nəticəsində 8,8 mindən çox evə ziyan dəyib.