Tibbi turizmdə Türkiyə və Azərbaycan markası: Estetik cərrah Orhan Fahri Demir

media-hightechnic-468x90

Türkiyədə sağlamlıq turizmi sahəsində uğurlu fəaliyyəti ilə tanınan plastik, rekonstruktiv və estetik cərrah Orhan Fahri Demir beynəlxalq xəstələr üçün təqdim etdiyi tibbi turizm xidmətləri ilə diqqət çəkir.

Orhan Fahri Demir tibb təhsilini Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin Tibb fakültəsində alıb. Təhsilini başa vurduqdan sonra Nevşehir Dövlət Xəstəxanasında çalışmağa başlayıb. Daha sonra Ege Universitetində ixtisas təhsilini davam etdirərək beşillik hazırlıq proqramını uğurla tamamlayıb və plastik, rekonstruktiv və estetik cərrahiyyə üzrə mütəxəssis adını qazanıb. Bu müddətdə çoxsaylı estetik, rekonstruktiv və əl cərrahiyyəsi əməliyyatları həyata keçirib.

Dr. Demir ixtisasdan sonrakı fəaliyyətini Adıyaman Universiteti Təhsil və Araşdırma Xəstəxanasında davam etdirib. Burada qazandığı təcrübə onun peşəkar fəaliyyətində mühüm rol oynayıb.

Son üç ildə İstanbulda sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən Orhan Fahri Demir xüsusilə xarici ölkələrdən gələn xəstələrə göstərdiyi xidmətlərlə seçilir. Müasir tibbi imkanlar və xəstə məmnuniyyətinə əsaslanan yanaşması sayəsində beynəlxalq xəstələrin etimadını qazanıb.

Ataköy Towers-də yerləşən özəl klinikasında xəstələri qəbul edən Dr. Demir bildirib ki, onlar sağlamlıq turizmini yalnız müalicə prosesi deyil, həm də qonaqpərvərlik xidməti kimi dəyərləndirirlər.

Onun sözlərinə görə, xəstələrin Türkiyəyə gəldiyi andan etibarən VIP transfer, peşəkar tərcüməçi xidməti, hotellərdə yerləşdirmə və yüksək texnologiyalı xəstəxanalarda əməliyyatların təşkili təmin edilir.

Dr. Demir qeyd edib ki, müalicə müddətində xəstələrə 24 saat tibb bacısı dəstəyi göstərilir. Eyni zamanda, əməliyyatdan sonrakı dövrdə onların rahatlığı və təhlükəsizliyi xüsusi diqqətdə saxlanılır. Qonaqlar İstanbulun tarixi və turistik məkanlarını gəzmək, alış-veriş etmək və türk mətbəxinin ləzzətlərini dadmaq imkanı da əldə edirlər.

Orhan Fahri Demir xüsusilə Bakıdan gələn xəstələrlə sıx çalışdıqlarını vurğulayaraq, Azərbaycan, Avropa və Asiya ölkələrindən olan insanlara xidmət göstərməkdən məmnun olduqlarını bildirib.

Ətraflı məlumat almaq istəyənlər Dr. Orhan Fahri Demirəresmi internet saytı https://orhanfahridemirmd.com/ və ya sosial media instaqram hesabı https://www.instagram.com/dr.orhanfahridemir/ və yafacebook hesabı https://www.facebook.com/p/Dr-Orhan-Fahri-Demir-100093942948415/  və ya youtube hesabı https://www.youtube.com/@Dr.OrhanFahriDemirMDvasitəsilə əlaqə saxlaya bilərlər.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05