Yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
Rusiyanın Omsk vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Yenicag.az APA-nın Rusiya bürosuna istinadən xəbər verir ki, regionda meşə yanğınlarını monitorinq edən “Aeroprakt-22” təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Hadisənin səbəbi araşdırılır.













