Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Kapital Bank"ın BANKOMAT PROBLEMİ: "Xalqa operativ xidmət göstərə bilmirsə,.."

“20-30 manat pul çıxartmaq üçün gərək 8 manat taksiyə verib, ən yaxın bankomata gedək”.

Yenicag.az xəbər verir ki, Qobu Park yaşayış massivinin sakinləri “Kapital Bank”ın bankomat sayından və işləməməsindən şikayət edir.

Sakinlər bildirir ki, massivdə yerləşən “Kapital Bank” bankomatı cəmi bir dənə olsa da, işləmir.

“Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış massivində orta hesabla 3 min ailə yaşayır. Minimum 3 nəfərdən hesablasaq, 10 min sakin edir. Üç gündür bu qədər əhaliyə xidmət göstərən yeganə bankomat işləmir. Ən yaxın bankomat isə təxminən 5-7 kilometr məsafədədir. Nəqliyyat işləmədiyi üçün millət küçələrdə qalıb. Hər dəfə xarab olanda və ya hər dəfə pul bitəndə hökmən biz şirkətə teleqram vurmalıyıq ki, gəlib baxsınlar. Bu qədər məsuliyyətsiz bir bankın müştərisi olduğumuz üçün utanırıq. 20-30 manat pul çıxartmaq üçün gərək 8 manat taksiyə verib ən yaxın bankomata gedək. Şikayətimizə də baxan yoxdur. Əgər xalqa operativ xidmət göstərə bilmirlərsə, ən qısa zamanda bu bankla əlaqələri kəsmək daha yaxşıdır “, – deyə, sakinlər qeyd edib.

Gülşən Şərif

www.yenicag.az

373
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100