!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kapital Bank”ın dəstəyi ilə keçirilən Olimpiadaların qaliblərinə mükafatlar təqdim olundu

!Reklam – Yazi

Artıq 7-ci ildir ki, ölkənin birinci bankı “Kapital Bank”ın dəstəyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Respublika Fənn Olimpiadaları keçirilir. Ötən gün 2023-2024-cü tədris ili üzrə keçirilən olimpiada qaliblərinin mükafatlandırma mərasimi baş tutub.  

Yenicag.az xəbər verir ki, mərasimdə Respublika Fənn Olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya, eləcə də bütün qaliblərə diplom və mükafatlar təqdim edilib.

Xatırladaq ki, bu tədris ili üzrə ümumilikdə 62 mindən çox şagird olimpiadada iştirak üçün qeydiyyatdan keçib. Yarışma 8-11-ci sinif şagirdləri arasında, 8 fənn üzrə, 143 mərkəzdə təşkil edilib. Şagirdlər biliklərini Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə 3 turda sınayıblar. 10 997 şagird yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb. Final mərhələsinə keçən 1000-ə yaxın şagirddən 491 nəfəri qalib olub. Onlardan 244 nəfəri bürünc, 163 nəfəri gümüş, 84 nəfəri isə qızıl medal qazanıb.

Ölkənin birinci bankı olan “Kapital Bank” PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc .

COP29

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv