Ziraat Bank Azərbaycan 2026-cı ilin ikinci rübündə dədayanıqlı artım tempini qoruyub

media-hightechnic-468x90

 

media-banner_tkm

Ziraat Bank Azərbaycan 2026-cı ilin ikinci rübünə dair maliyyənəticələri ilə dayanıqlı inkişaf strategiyasını uğurla davametdirdiyini bir daha göstərib. Bankın əsas maliyyə göstəriciləriüzrə qeydə alınan artım müştəri etimadının, effektividarəetmənin və davamlı inkişaf strategiyasının uğurlu nəticəsikimi qiymətləndirilir.

2025-ci ilin ikinci rübü ilə müqayisədə Bankın kredit portfeli33% artaraq 832 milyon manata çatıb. Kredit portfelinin əsashissəsini təşkil edən biznes kreditləri isə 28% artaraq 735 milyon manata yüksəlib. Bu göstəricilər Ziraat Bank Azərbaycanın real sektorun maliyyələşdirilməsində mühüm roloynamağa davam etdiyini göstərir.

Depozit portfeli üzrə də əhəmiyyətli artım qeydə alınıb. Belə ki, ümumi depozit portfeli 50% artaraq 1 milyard 266 milyonmanata çatıb. Xüsusilə hüquqi şəxslərin müddətli depozitləri 95artaraq müştərilərin Banka olan etimadının daha da möhkəmləndiyini nümayiş etdirib.

Bankın gəlirlilik göstəriciləri də müsbət dinamikanı davametdirib. Xalis əməliyyat mənfəəti 34% artaraq 21 milyon manata, xalis faiz gəliri 38% artaraq 26 milyon manata, xalis mənfəət isə14% artaraq 11,6 milyon manata yüksəlib.

Eyni zamanda, Ziraat Bank Azərbaycanın cəmi aktivləri 46% artaraq 1 milyard 560 milyon manata, cəmi kapitalı isə 20% artaraq 174 milyon manata çatıb. Bu nəticələr Bankın maliyyədayanıqlığını daha da gücləndirdiyini və davamlı inkişafınıuğurla davam etdirdiyini təsdiqləyir.

Ziraat Bank Azərbaycan gələcək dövrdə də müasir bankçılıqhəlləri, innovativ məhsullar və müştəriyönümlü xidmətyanaşması ilə ölkə iqtisadiyyatının inkişafına töhfə verməyi və müştəriləri üçün etibarlı maliyyə tərəfdaşı olmağı hədəfləyir.

“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik TürkiyəRespublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasirməhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvanşəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərəxidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatıBankın Instagram, X-platforması, Linkedin, YouTube sosialmedia hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərəkəldə edə bilərsiniz.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05