!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Karantin rejiminin sərtləşdirilməsinə yox, yumşaldılmasına ehtiyac var” – Sosioloqdan ÇAĞIRIŞ

!Reklam – Yazi

“Mövcud qadağalar səbəbindən əksər insanlar bölgələrdə tək yaşayan valideynlərini ziyarət edə bilmirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümovun sərtləşdirilmiş xüsusi karantin rejiminin daha iki həftə uzadılacağı haqda anonsuna münasibət bildirən “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı deyib.

Sosioloq hesab edir ki, sərt karantinin rejiminin yenidən uzadılması cəmiyyətdə narazılıqla qarşılanacaq:

“Artıq insanlar mövcud karantin dövründəki qadağalarla razılaşmır və ölkədaxili hərəkətin sərbəstləşdirilməsini istəyirlər. Qoruyucu maskadan istifadə, avtomobildə sərnişinlərin say limiti və kütləvi toplaşma kimi qadağalar qüvvədə qalmaqla, bölgələrə gediş-gəliş məhdudiyyətini aradan qaldırmaq lazımdır.

Mövcud qadağalar səbəbindən əksər insanlar bölgələrdə tək yaşayan valideynlərini ziyarət edə bilmirlər və buna görə narahatlıq keçirirlər. Eyni zamanda, paytaxt Bakıya cəmi iki-üç müddətində işləməyə gələn şəxslər gediş-gəlişə qoyulan qadağaya görə öz rayonlarına qayıda bilmirlər.

Bu baxımdan, karantin rejimində müəyyən yumşalmalara ehtiyac var. Xüsusilə də, orduya dəstək mitinqindən sonra qadağaların uzadılması və ya sərtləşdirilməsi yersiz görünür. Çünki insanlar istədikləri zaman cəza və ya cərimələri düşünmədən yenə kütləvi şəkildə toplaşa bilirlər”.

Gülşən Şərif

www.yenicag.az

2586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv