Katarakta əməliyyatı haqqında bilmədiklərimiz…- Tanınmış cərrah- oftalmoloq açıqlayır
İnsan orqanizminin ən həssas üzvü olan gözlə bağlı suallar həmişə aktualdır. Xüsusən də katarakta ilə əlaqədar sualların düzgün cavabını çox az adam bilir.
Biz isə suallarımıza cavab almaq üçün əsl peşəkara üz tutduq. Müsahibimiz Universal Hospitalın Baş həkimi, cərrah-oftalmoloq Aytən Sultanovadır:
“Katarakta ilə bağlı suallar həmişə gündəmdədir. Pasiyentlər daha çox əməliyyatından sonra eynəkdən istifadə edib-etməyəcəklərini soruşurlar. Əvvəla onu deyim ki, gözdə görmə qabiliyyətini azaldan digər səbəb yoxdursa, katarakta əməliyyatı olunan göz aydın görməni bərpa edəcək.
Katarakta əməliyyatı zamanı, gözə yerləşdirilən linza uzağı və ya yaxını aydın şəkildə görməyə imkan yaranır. Beləliklə, əgər əməliyyat keçirən şəxsin gözü uzaq görmə üçün sıfırlanıbsa, o, uzağı eynəksiz aydın görə bilər, amma eynəkdən yaxın görmə üçün də istifadə etməlidir. Əgər bizim əlimizdə olan Multifokal linzalara üstünlük verilərsə, miopiya, hipermetropiya və astiqmatizm kimi problemlər bir linzanın köməyi ilə həll edilə bilər. Onu da qeyd edim ki, katarakta xəstəliyində vaxt itkisinə qəti yol vermək olmaz. Yəni xəstə özünə laqeyd yanaşmamalıdır. Çünki çox irəliləmiş kataraktaların əməliyyatında problemlər daha çox olur. Bundan başqa, proqressiv katarakta zamanı əməliyyatın müddəti də artır. Bir məsələni mütləq bildirməliyəm: katarakta əməliyyatı zamanı narkoz (ümumi anesteziya) yalnız uşaqlar və yenidoğulanlara tətbiq olunur. Yetkin xəstələrdə isə müxtəlif növ yerli anesteziyadan istifadə olunur. Periorbital sahəyə inyeksiya tədbiqi ilə gözün anesteziyası əldə edilir və eyni zamanda göz hərəkətsizləşdirilir.
Sonda qeyd etmək istərdim ki, Universal Hospitalın oftalmologiya şöbəsində hər bir pasiyentə individual yanaşılaraq , yüksək səviyyədə oftalmoloji xidmət həyata keçirilir.