“Rus Temel Reis” ölüm təhlükəsi ilə üz-üzə - FOTO
Rusiyada yaşayan və sosial mediada “Temel Reis” ləqəbi ilə tanınan 29 yaşlı Kirill Tereşin qollarına yeritdiyi kimyəvi maddələr səbəbilə ağır infeksiya ilə mübarizə aparır. Həkimlər onun hər iki qolunu birdən itirə biləcəyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, Tereşin illərdir petrol jeli və ya sintetik jele bənzər maddələrdən istifadə edərək qollarını süni şəkildə böyüdürdü. Son günlərdə onun vəziyyəti qəfil ağırlaşıb və qollarından biri infeksiya səbəbilə “partlamış” vəziyyətdə görüntülənib.

Həkimlərin sözlərinə görə, Tereşinin qollarının xilas edilməsi üçün çoxsaylı dəri köçürmə əməliyyatlarına ehtiyac var. Lakin əməliyyatların həyata keçirilə bilməsi üçün əvvəlcə bədəndəki infeksiya tamamilə təmizlənməlidir.
Tereşin qollarına kimyəvi maddə enjekte etməyə 2017-ci ildə başlamış və bədən modifikasiyası ilə sosial şəbəkələrdə qısa müddətdə məşhurlaşmışdı. 2019-cu ildə zədələnmiş toxumaların bir hissəsi çıxarılmışdı.
Son infeksiya dalğasından sonra vəziyyət daha da kritikləşib. Həkimlər infeksiyanın artıq sağalmadığını, kimyəvi maddələr bədəndən çıxarılmadığı təqdirdə Tereşinin həyatının təhlükədə olduğunu bildirirlər.
Yenicag.az












