Bu genə sahib olanlar risk altında: İki ciddi beyin pozuntusuna YOL AÇIR

media-hightechnic-468x90

İskoçya, Edinburq Universiteti tədqiqatçıları APOE4 geninin yalnız Alzheimer-a deyil, həm də deliryum riskini əhəmiyyətli dərəcədə artırdığını açıqlayıb.

media-bu-gene-sahip-olanlar-dikkat-iki-ciddi-beyin-hastaligina-neden-oluyor-1597314_202511251504_1

Yenicag.az xəbər verir ki, hər APOE4 gen nüsxəsi deliryum riskini təxminən 60% yüksəldir. Belə ki, bir nüsxəsi olan şəxsin riski 1,6 dəfə, iki nüsxəsi olanın isə 2,6–3 dəfə daha yüksəkdir.

Deliryum, beynin qəflətən və müvəqqəti olaraq normal funksiyasını itirməsi ilə ortaya çıxan, şüur bulanıklığı və diqqət pozğunluğu ilə müşayiət olunan kəskin vəziyyətdir. Saatlar və ya günlər ərzində başlayır, danışıq uyğunsuzlaşır, düşüncələr dağılır, bəzən halüsinasiyalar görülür. Əsas səbəblər arasında infeksiyalar, əməliyyat sonrası vəziyyət, dərman yan təsirləri, spirt və maddə istifadə və ya dayandırılması, elektrolit balanssızlığı və ağrı var.

Tədqiqatçılar APOE4 geninin beyni iltihabi hücumlara qarşı daha həssas etdiyini bildirirlər. Onlar qeyd edir ki:

“Deliryum yalnız müvəqqəti çaşqınlıq deyil, uzunmüddətli neyrodejenerativ ziyanı da sürətləndirən patoloji prosesləri aktivləşdirir. Bu kəşf gələcəkdə müalicə üsullarının inkişafına imkan verəcək.”

Tədqiqat üçün bir milyondan çox şəxsin genetik və sağlamlıq məlumatları birləşdirilib. 30 mindən çox şəxsdən alınan qan nümunələri analiz edilərək 3 min protein araşdırılıb. Maşın öyrənməsi və statistik metodlar vasitəsilə, hansı proteinlərin gələcək deliryum riskini proqnozlaşdırdığı müəyyən edilib. Nəticələr göstərir ki, APOE4 beyin müdafiəsini zəiflədir və iltihabi hücumlara qarşı həssaslığı artırır.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa