Susamasaq belə, gündəlik nə qədər su içməliyik? - VİDEO

media-hightechnic-468x90

İnsan bədəni mayesiz fəaliyyət göstərə bilmir. Lakin çoxumuz gün ərzində nə qədər su içməli olduğumuzu dəqiq bilmirik.

Bu vacib suala cavab tapmaq üçün Yenicag.az-ın araşdırmasını təqdim edirik: “İnsan gün ərzində nə qədər su içməlidir?”

Mütəxəssislər sağlam insan üçün gündə orta hesabla iki – iki yarım litr, yəni təxminən səkkizdən on stəkana qədər su içməyi məsləhət görür. Bu miqdar bədənin maye balansını qoruyur, maddələr mübadiləsini sürətləndirir və orqanizmdən toksinlərin xaric olunmasına kömək edir.

Səhər oyanan kimi içilən bir stəkan ilıq su isə orqanizmi oyadır, həzm sistemini aktivləşdirir və günə enerjili başlamağa şərait yaradır. Qidalanma üzrə mütəxəssislər xəbərdarlıq edir: bədən gündə iki litr maye itirir. Bu itkini yalnız su ilə bərpa etmək mümkündür. Qəhvə, çay və qazlı içkilər suyu tam əvəz etmir.

Xüsusilə isti havalarda və fiziki aktivlik zamanı suya olan ehtiyac artır. Belə hallarda gündə üç litrə qədər su içmək tövsiyə olunur.

Lakin unutmayın: Böyrək və ya ürək problemləri olanlar üçün suyun miqdarını mütləq həkim müəyyən etməlidir. Su içmək təkcə orqanizm üçün deyil, dərinin sağlam görünməsi, baş ağrılarının azalması və enerjinin qorunması üçün də əvəzolunmazdır.

Unutmayın: susuzluq hissi bədənin göndərdiyi son siqnaldır. Sağlam qalmaq üçün su içməyi yalnız susadıqda deyil, gün ərzində mütəmadi vərdiş halına gətirmək lazımdır!

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa