Azərbaycanda oturuşmamış ailə həkimi sistemi: "Bu sahədə ciddi boşluqlar var" - VİDEO
Səhiyyəyə rəhbərlik edən nazirlərin səriştəsizliyi səbəbindən bu kadrları itirdik.
Bunu Yenicag.az-a açıqlamasında professor Adil Qeybulla deyib.
Səhiyyə sistemindəki kadr çatışmazlığı və ailə həkimi institutunun durumundan danışan professor mövcud problemləri diqqətə çatdırıb.
Onun sözlərinə görə, ailə həkimi institutu Qərb təbabətinin vacib elementlərindən biridir. SSRİ dövründə mövcud olan sahə həkimi sistemi Sovet İttifaqı dağıldıqdan sonra ləğv edilib və bu hazırda hiss olunan boşluqlar yaradıb:
“Əslində, həmin bölməni qoruyub saxlamaq və tədricən ailə həkimi modelinə transformasiya etmək lazım idi. Hazırda Tibb Universitetində ailə həkimlərinin hazırlanması istiqamətində ciddi işlər aparılır. Bu sahədə boşluqlar olduğundan vətəndaşlar düzgün həkim seçimi və icbari tibbi sığorta zərflərindən yararlanmaq prosesində çətinliklərlə üzləşirlər”.
Ətraflı videomaterialda:
Samir Məcid












