Qurudulmuş qidalarda bunlara DİQQƏT EDİN: Ekspertdən həyat qurtaran tövsiyələr - VİDEO
“Dondurulmuş və qurudulmuş meyvələrin düzgün saxlanmaması sağlamlıq üçün risk yarada bilər”.
Bunu Yenicag.az-a açıqlmasında qida eksperti Məhsəti Hüseynova deyib. 
Ekspert bildirib ki, mövsümündə olmayan meyvələrdən faydalanmaq üçün onları qurudaraq və ya donduraraq saxlayırlar, lakin bu zaman sanitar və qida təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir. Onun sözlərinə görə, bəzən marketinq hiylələri ilə məhsulların cəlbediciliyini artırmaq üçün rəngləndirici və dadlandırıcı maddələrdən istifadə olunur:
“Qurudulmuş meyvələrin açıq satışı zamanı gigiyena normalarının pozulması bəzi xəstəlikləri olan insanlarda sağlamlıq riskləri yarada bilər. Ona görə də qurudulmuş meyvə alarkən etibarlı mənşəyi olan məhsulları seçmək tövsiyə olunur. Dondurulmuş məhsullara gəldikdə isə əsas diqqət məhsulun bir dəfə əriməsidir. Əgər temperatur rejimi nəticəsində məhsul əridikdən sonra yenidən donubsa, bu zaman orada mikroorqanizmlər yarana bilər”.
Ətraflı videomaterialda:
Samir Məcid












