Kərkükdə Azərbaycanla İraq türkmanları arasındakı əlaqələr müzakirə olundu - FOTO

media-hightechnic-468x90

Azərbaycanın Bağdaddakı səfiri Eldar Səlimov İraq Türkman Cəbhəsinin (İTC, İraq türkmanların siyasi birliyi) Baş Qərargahında olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, E. Səlimov bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

Səfir burada İTC sədri və Kərkük vilayətinin qubernatoru Mehmet Səman Ağa ilə görüşüb.

“Millət vəkilləri və vilayət rəhbərliyi ilə Azərbaycanla İraq türkmanları arasındakı çoxşaxəli əlaqələrin gələcəyini, ortaq layihələri dəyərləndirdik”, – E. Səlimov bildirib.

Səfir həmçinin qubernator ilə tarixi Kərkük Qalasını ziyarət etdiyini vurğulayıb:

“Qədim mədəniyyətimizin bu unikal rəmzi hazırda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə ehtiyac duyur. Arzu edirəm ki, bu qədim abidə tezliklə layiq olduğu ehtişama qovuşsun”.

Qeyd edək ki, Kərkükə təxminən bir əsr sonra türkman qubernator seçilib və prezident tərəfindən təsdiqlənib.

media-b8xgdp2nabgo6ozqdkdi03xspzgjs3etma6gpobw_1200 media-f4owaq20v9ruqsf1tfkvwhjcljaildtlbnmn5rqm_1200 media-oodo7ty6mxrce5hfrtyeumml4rz8eqtgr5bdr0ug_1200

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05