!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kim nə deyir-desin, Azərbaycanda xalqın əksəriyyəti Ukraynanı dəstəkləyir” – Professorun ŞƏRHİ

!Reklam – Yazi

“Kimlərinsə Ukraynanı müdafiə etdiyi üçün insanları cəzalandırmağa çağırış etməsi heç bir halda doğru sayıla bilməz”.

Bu fikirləri bəzi partiya mənsublarının Azərbaycanda Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləyənlərə qarşı “tədbir görülməsi”nə yönəlik çağırışlarına münasibət bildirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanda əksəriyyət Ukraynanı dəstəkləyir:

“Burada ilk növbədə nəzərə almaq lazımdır ki, Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukrayna hazırda öz bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsi aparır. Məhz bu amilə görə Azərbaycan xalqı, onun mütləq əksəriyyəti Ukraynanı dəstəkləyir və bu da təbiidir.

Bununla yanaşı, bir sıra rəsmi şəxslərin bu məsələyə dair verdikləri şərhdə ehtiyatlı mövqe tutmaları da anlaşılandır. Onlar, hər halda, “yaralı ayı”ya dönmüş Rusiyanın pəncələrinin Azərbaycana uzanmasına əsas vermək istəmirlər. Bu da doğru yanaşmadır.

Amma kimlərinsə Ukraynanı müdafiə etdiyi üçün insanları cəzalandırmağı, onların barəsində tədbir görülməsinə çağırış etməsi heç bir halda doğru sayıla bilməz. Mən digər səbəbləri kənara qoyaraq demək istəyirəm ki, ən azı, hər kəsin bu və ya başqa məsələyə dair öz şəxsi mövqeyinin olduğunu nəzərə almaq lazımdır.

Bilirsiniz, belə çağırışları edənlərin özləri sürüşkən mövqeyə malik olublar. Bu gün belə deyirlər, sabah vəziyyət dəyişəndə tam fərqli mövqedən çıxış edəcəklər. Ona görə də belə adamları, ümumiyyətlə, ciddiyə almaq lazım deyil”.

A.Zeynalov

www.yenicag.az

786
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv