Kipr, Kərkük və Kosovadan olan qonaqlar AKMƏM-i ziyarət etdi – FOTOLAR

Yarandığı gündən Türk dünyasına, onun dəyər, eləcə də problemlərinə xüsusi diqqət və qayğı göstərən Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzi bu dəfə də Türkmən elindən olan qonaqları qəbul edib.

Yenicag.az xəbər verir ki, Kipr, Kərkük və Kosovadan olan qonaqlar – yazıçı-jurnalist Gökhan Güler, Dr. Qayis Cümə, Ərsan Salih Kəhya, Kosova Türk Jurnalistlər Dərnəyinin sədri İbrahim Arslan Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzini (AKMƏM) ziyarət edib.

Mərkəzin sədri Məlahət Qurbanova qonaqları salamlayaraq, Türk dünyasının birliyə ehtiyacı olduğunu, problemlərin işıqlandırılması və həll olunması üçün qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb:

“İnanırıq ki, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzi Türk dünyasına öz töhfələrini verəcək”.

Qonaqlar da öz növbəsində Türk dövlətlərinin Türk icmalarına qarşı münasibətdə daha tutarlı mövqedə olmalarının vacibliyini vurğulayıb.
Sonda qonaqlar mərkəzin sədri Məlahət Qurbanovaya xatirə hədiyyələr təqdim ediblər.

Aqil Bəkir
Həşim Səhrablı