!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk dünyasının inteqrasiyasında Şimali Kiprin YERİ: “Adada türklərə qarşı soyqırımı davam etdirilir”

!Reklam – Yazi

“İmperialist dövlətlərin təzyiqlərinə baxmayaraq, ŞKTC prezidenti Ersin Tatar Bakıya gəldi”.

Bu fikirləri Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) münasibətlərinin türk dünyasının inteqrasiyası baxımından əhəmiyyətindən danışan Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, bu il ŞKTC-nin dövlət müstəqilliyinin elan edilməsinin 40-cı ildönümüdür:

“Qeyd edim ki, Şimali Kiprdən Azərbaycana gələnlər qonaq sayılmır. Ümumiyyətlə, bir türk dövlətindən digərinə səfər etmək öz evinə getmək anlamındadır.

İmperialist dövlətlərin təzyiqlərinə baxmayaraq, ŞKTC prezidenti Ersin Tatar Bakıya səfər etdi. Onun və başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana ev sahibi kimi gəlməsi dünyaya böyük mesajdır.

Xocalıda Azərbaycan xalqına qarşı soyqırım törədildi. Bu tarix Azərbaycanın və türk dünyasının təqvimindən heç vaxt silinməyəcək faciəvi gündür. Kiprdə də türklərə yönəlik soyqırım davam etdirilir.

Soyqırım həm də xalqın hüquqlarının əlindən alınması deməkdir. Türklərə münasibətdə bu ədalətsizliyə qarşı hamımız birgə mübarizə apararaq, hər zaman olduğu kimi, qalib gəlməliyik”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv