!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köhnə maşınlar da bahalaşdı – Qiymətlər

!Reklam – Yazi

244876Həm təzə, həm də ikinci əl avtomobil bazarında qiymətlər artıb. Dolların bahalaşması avtomobil bazarına da təsirsiz ötüməyib. Həm təzə, həm də ikinci əl avtomobil bazarında qiymətlər artıb.

Təzə avtomobillər 47-50 % bahalaşıb

Avtomobil şirkətləri ölkəyə yeni gətirilən modelləri 47 %-ə qədər bahalaşdırıblar. Məsələn, 106 000 manatlıq “Toyota Land Cruiser” hal-hazırda 156 000 manat satılır. Daha çox orta sinif üçün nəzərdə tutulan avtomobillər isə nisbətən az, yəni 20 %-ə qədər bahalaşıb. Buna “Hyundai Elantra” modelini misal göstərmək olar. Əvvəl 18 min manata satılan avtomobilin qiyməti 21450 manata qədər artıb.

İkinci əl avtomobillər 20-22 % bahalaşıb

Avtomobil ekspertləri bildirirlər ki, ikinci əl avtomobil bazarında isə real qiymətlər getdikcə aşağı düşür. Amma saytda yerləşdirilən avtomobil elanlarında satıcılar qiymətləri nisbətən yüksək göstərirlər. Turbo.az-dan bildirilib ki, 2-ci əl avrtomobillər dollarla ucuzlaşsa da, amma manatla 13-14 % bahalaşıb. Məsələn, 2014-cü ilin tam komplektasiyalı Toyota Corolla avtomobili əgər 17500 dollara satılırdısa, hal-hazırda yeni kursla 13000 dollara satılır. Avtomobil 4500 dollar ucuzlaşsa da, manatla 13-14% bahalaşıb. 2010-cu ilin “Hyundai İX35” avtomobili əvvəl 10000 dollara satıldısa, indi 8000 satılır.Bu avtomobilin qiyməti isə 20-22% artıb. 2012-ci il 3.0 motorlu “Hyundai Grandeur” eyni həcmdə bahalaşıb.

Ən çox bahalaşan Yaponiya və Cənubi Koreya avtomobilləridir

Ən çox qiymət fərqi yapon,koreya istehsalı avtomobillərdə müşahidə olunur.Bu avtomobillər dollar ilə alındığı üçün daha çox bahalaşıb.(47-50%)Yapon və koreya avtomobilləri ilə müqayisədə avropa istehsalı olan avtomobillərin qiyməti nisbətən az artıb: “Ümumiyyətlə salonlarda stokda olan avtomobillərdə qiymət fərqi varsa hələ ki, bu qeyd etdiyimiz 20% kimi və ya dəyişilməyən qiymətlərdir. Yeni gətiriləcək avtomobillər isə daha çox bahalaşacaq.”

Avtomobillər dollarla, yoxsa manatla satılır?

Şirkət avtomobilin hansı valyuta ilə satılmasına da aydınlıq gətirib. Belə ki, saytda yerləşdirilən avtomobil elanlarında avtomobillərin qiyməti həm manatla, həm dollarla əks olunur: “Avtomobilin hansı əskinazlarla satılmasını müxtəlif amillərin təsirindən satıcı təyin edir. Buraya avtomobilin dollarla kreditdə olması, avtomobilin xarici bazardan dollarla alınması və digər amillər daxildir”. (fins.az)

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv