!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kolleclərə qəbul olmaq üçün 24 minə yaxın abituriyentin ərizəsi təsdiqlənib

!Reklam – Yazi

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən cari ilin abituriyentlərinin ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, indiyə qədər kolleclərə qəbul olunmaq üçün ümumilikdə 23 min 887 abituriyentin ərizəsi təsdiqlənib. Onlardan 23 min 221 nəfəri Azərbaycan, 666-sı isə rus bölməsinin abituriyentləridir.

9 illik orta təhsil bazasında kolleclərə ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5‑dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və paroldan istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiq edə bilərlər.

www.yenicag.az

1121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv