!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmtahan nəticələrinin ZƏİFLİYİ: "Testlər abituriyentlərin bilik və bacarığına uyğun təşkil oluna bilər"

!Reklam – Yazi

“Təhsil sistemində aparılan islahatların effektiv nəticəsi üçün, ilk növbədə, müəllim peşəkarlığı təmin olunmalıdır”.

Bu fikirləri ali məktəblərə qəbul imtahanında 31 min 893 nəfərin 0-150 arası bal toplamasına münasibət bildirən təhsil eksperti Elşən Qafarov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, qəbul imtahanlarında verilən sualların abituriyentlərin bilik səviyyəsinə uyğunluğu araşdırılmalıdır:

“Builki qəbul imtahanlarında 30 mindən artıq abituriyentin 0-150 arası bal toplaması düşündürücüdür. Bu məsələni iki istiqamət üzrə şərh etmək olar. Birincisi, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda qoyulan sualların abituriyentlərin bilik və bacarıqlarının yoxlanmasına uyğun olub-olmaması sual altındadır. Bu baxımdan, sualların çətinlik dərəcəsi araşdırılmalıdır. İkincisi, təhsil müəssisələrində tədris olunan dərslərlə bağlıdır. Məlumdur ki, uzun illərdir DİM ilə Təhsil Nazirliyi arasında soyuq müharibə gedir. İstənilən halda, DİM-in testləri özünün tərtib etməsi əlavə gücdür. Yaxşı olardı ki, DİM-in test hazırlama səlahiyyəti əlindən alınsın. Daha sonra isə Nazirlər Kabineti və ya Prezident Administrasiyası nəzdində Testologiya Mərkəzi yaradılmalıdır. Bu mərkəz testləri hazırlamalıdır və DİM yalnız imtahan keçirən texniki quruma çevrilməlidir. Bu dəyişikliklərdən sonra testlər abituriyentlərin bilik və bacarığına uyğun səviyyədə təşkil oluna bilər.

İndiki halda məlum nəticə təəssüf doğurur. Təhsil sistemində aparılan islahatların effektiv nəticəsi üçün, ilk növbədə, müəllim peşəkarlığı təmin olunmalıdır. Bununla yanaşı, ölkədə əlavə təhsil bərpa olunmalıdır. Son 10 il ərzində əlavə təhsil sistemi dağıdıldı. Təhsili inkişaf etmiş ölkələrin hər birində təhsillə bağlı əlavə təhsil paralel inkişaf etdirilir. Əlavə təhsil bərpa olunmadıqca təhsil sahəsindəki nöqsanlar qalmaqda davam edəcək”.

Onu da qeyd edək ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bununla bağlı bildirib ki, aşağı bal qazanmağı dramatik tərzdə vəznləmək arzuolunan deyil.

Gülşən Şərif

COP29

www.yenicag.az

638
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv