!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Komitənin 3 illik fəaliyyəti ilə bağlı HESABAT: "“Vikipediya” hərəkatına qoşulma..." - Ekspert ŞƏRHİ

!Reklam – Yazi

“Azərbaycan Diaspor Könüllüləri Azərbaycanla bağlı məqalələrin zənginləşdirilməsinə öz töhfələrini verəcəklər”.

Yenicag.a xəbər verir ki, bunu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 19-cü ildönümü münasibətilə açıqlama verən “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.

O bildirib ki, Ulu öndər Heydər Əliyev səfər etdiyi xarici ölkələrdə Azərbaycan icması ilə görüşləri xüsusi diqqətdə saxlayır və bu baş tutan görüşlər Azərbaycan icmasının vətənlə bağlılığını daha da güclənməsinə, vətənlə əlaqələrinin intensivləşməsinə səbəb olurdu.

“Artıq fəaliyyətin sistemləşdirilməsi və koordinasiya olunması üçün ilk dəfə olaraq 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultayda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız iştirak edirdi. Qurultayda vacib, tarixi əhəmiyyət daşıyan mövzular müzakirə olunmaqla yanaşı, Azərbaycanın lobbiləşmə siyasəti, diaspor fəaliyyətinin vacibliyi önə çıxırdı.

Bir neçə ay sonra soydaşlarımızla əlaqələrin koordinasiya olunması və Azərbaycan diaspor siyasətinin dəstəklənməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 iyul tarixi fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması addımı Azərbaycan dövlətinin diaspor fəaliyyətinə nə qədər önəm verdiyini göstərirdi. Diasporla İş üzrə Dövlət Komitəsi 19 il tarixində xeyli yol keçdi. Komitənin dəstəyi və təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində minlərlə tədbirlər, konfranslar, mitinqlər təşkil olundu”,-deyə E. Eltürk əlavə edib.

E.Eltürk Fuad Muradovun dövrüdə keyfiyyətli dəyişikliklərin baş verdiyini bildirib.

“2018-ci ildə Fuad Muradovun Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri seçilməsindən sonra komitənin fəaliyyətində yeni mərhələ başladı. Komitədə yeni komanda formalaşdırıldı. Komitənin saytı yeniləndi. Rəsmi sosial şəbəkə (Facebook, Twitter, İnstagram, Youtube kanalı) səhifələri interaktivləşdi. Rəsmi internet ünvanı və sosial şəbəkələrdə Komitənin fəaliyyətinin, diaspor hərəkatının işıqlandırılması istiqamətində ardıcıl işlər aparılmağa başlanıldı. Görülən işlər sayəsində sosial şəbəkə izləyicilərinin sayı facebook səhifəsində 2018-ci ilin aprel ayındakı 9300 nəfərdən 48684 nəfərə çatıb. Bu da 39384 nəfər və ya 5,2 dəfə artım deməkdir. İlk dəfə olaraq komitə tərəfindən infoqrafik diaspor xəritəsi (http://www.diasporamap.com/) yaradılaraq açıq istifadəyə təqdim edilməsi komitənin atdığı uğurlu addımlardan hesab edilməlidir.

İntensiv görüşlər və xarici ölkələrdə soydaşlarımızla əlaqələrin güclənməsi istiqamətində uğurlu işlər ortaya qoyuldu. Xarici mətbuatda Azərbaycan həqiqətlərini əks etdirən məqalələrin, yazıların çap olunması ilə bağlı işlər sürətlənməyə başladı. Komitə istər pandemiya, istər Tovuz hadisələrində, istərsə də Vətən müharibəsində aktiv fəaliyyətdə idi. Şərəfli prosesdən üzüağa çıxdı. Komitənin 3 illik fəaliyyəti ilə bağlı hesabatına nəzər salarkən, hansı işlərin görüldüyü ortaya çıxır. Hələ qarşıda görüləcək işlər çoxdur”.

Ekspert Azərbaycan Diaspor Könüllülərinin “Qorduq” Vikipediya Metodik Klubunun təlimlərində də iştirak etdiyini bildirib:

“Son illər Diaspor Komitəsinin “Vikipediya” ilə bağlı fəaliyyəti də xüsusi diqqət çəkir. Azərbaycan Diaspor Könüllüləri “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində fəaliyyət göstərmələri üçün təlimlərdə iştirak edirlər. Təlimlər bu gün də davam edir. Könüllülərin “vikipediya” hərəkatına qoşulması olduqca yaxşı haldır. İnanıram ki, təlimlərdə iştirak edən Azərbaycan Diaspor Könüllüləri Azərbaycanla bağlı məqalələrin zənginləşdirilməsinə öz töhfələrini verəcəklər”.

www.yenicag.az

749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv